Okt 04, 2022 15:53 Asia/Baku
  • Ronaldonun Mançester Yunayted ilə hekayəsinin sonu

İngilis nəşri portuqaliyalı superulduzun Mançesterdən ayrılacağı vaxtı açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin "Teleqraf" nəşri "Mançester Yunayted" klubunun qışda yaxşı təklif gələrsə, Kriştianu Ronaldonun ayrılmasına icazə vermək qərarına gəldiyini yazıb.

Mənbə bildirib ki, kluba portuqaliyalı futbolçu üçün yaxşı təklif gəlsə, Erik Ten Hag onun onun getməsinə mane olmayacaq.

Ronaldo Premyer Liqada əvəzedici bir oyunçuya çevrilib və darbidə "Yunayted"in "Mançester Siti"yə təhqiramiz məğlubiyyəti ilə nəticələn oyunda baş məşqçi tərəfindən istifadə edilməyib.

Erik Ten Hag "Mançester Yunayted"ə gələndən bəri portuqaliyalı superulduz "Yunayted"in keçirdiyi 10 oyundan təkcə üçündə əsas heyətdə yer alıb, qalan oyunlarda isə ehtiyat skamyasında oturub.

Ronaldo keçən yay "Mançester Yunayted"dən ayrılmaq üçün çox çalışdı, lakin onun yüksək maaşını ödəyə biləcək komanda tapa bilmədi və nəticədə "Qırmızı şeytanlar"ın düşərgəsində qaldı.

Teqlər