Okt 24, 2022 16:10 Asia/Baku
  • Sərbəst güləş üzrə gənclərin dünya çempionatı; İran komandası ikinci oldu

İranın 23 yaşadək sərbəst güləş komandası 4 qızıl, 1 gümüş və 134 xal qazanaraq, İspaniyada keçirilən Dünya Çempionatında ikinci olub.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, oktyabrın 21-dən 23-dək İspaniyanın Pontedera şəhərində 23 yaşadək sərbəst güləş üzrə dünya çempionatı keçirilib və sonda İran komandası üçün 74 kiloqram çəki dərəcəsində Məhəmməd Sadiq Firuzpur, 92 kiloqram çəki dərəcəsində Əmir Hüseyn Firuzpur, 97 kiloqram çəki dərəcəsində Əmir Əli Azərpira və 125 kiloqram çəki dərəcəsində Əmir Rza Məsumi qızıl medal və 70 kiloqram çəki dərəcəsində Əmir Məhəmməd Yəzdani bürünc medal qazanıb. 

Komanda sıralamasında Gürcüstan 141 xalla çempion olub, İran 134 xalla ikinci, Amerika isə 112 xalla üçüncü olub.

Teqlər