İran Bakıdakı güləş yarışlarının çempionu oldu
Noy 06, 2022 21:27 Asia/Baku
İranın güləş üzrə yığma komandası yarışlara ev sahibliyi edən Azərbaycan Respublikası ilə final görüşündə qalib gələrək Dünya Kubokunun çempionu olub.
SəhərAzəri-nin məlumatına əsasən, Bakıda İran, Türkiyə, Qırğızıstan, Azərbaycan və dünya seçilmişlərindən ibarət beş komandanın iştirakı ilə Güləş üzrə Dünya Kuboku keçirilib. Yarışlarda Həsən Rəngrəz”in yetirmələri birinci addımda Türkiyə millisi ilə qarşılaşaraq onu 6:4 hesabı ilə məğlub edib.
İranın yunan-roma güləşi üzrə yığması ikinci görüşdə Qırğızıstan komandası ilə qarşılaşıb və Qırğızıstanı 8-2 hesabı ilə məğlub edərək finala yüksəlib.
“Həsən Rənrəz”in yetirmələri final görüşündə ev sahibi Azərbaycan Respublikası ilə qarşılaşıb və bu ölkəni məğlub edərək dünya çempionu olublar.