Noy 24, 2022 18:50 Asia/Baku
  • İranlı azarkeşlər milli futbol komandasını ruhlandırmaq üçün Dohaya toplaşıblar

Qətərdəki iranlı azarkeşlər futbol üzrə dünya çempionatında Uelslə ikinci oyundan əvvəl milli futbol komandasını ruhlandırmaq üçün çərşənbə günü axşam Dohaya toplaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandasının 2022-ci il Qətər Dünya Çempionatında ikinci oyunu cümə günü, noyabrın 25-də Uels yığması ilə keçiriləcək.

B qrupunun ilk oyunlarının nəticələri səbəb olub ki, bu qrupda yer alan bütün komandalar növbəti mərhəyə adlamaq ümidlərini itirməsinlər.

Bu arada İran millisinin Uels və Amerika ilə geridə qalan iki oyunu həlledicidir.

İngiltətərə ilk oyununda İran üzərində 6-2 hesablı qələbə qazanaraq, B qrupunda lider olub.  

 Amerika və Uels matçı 1-1 hesablı heç-heçə ilə başa çatıb, beləliklə, hər iki komanda bir xalla ikinci və üçüncü yerlərdə, İran isə dünua kuboku tarixində ən pis nəticə ilə qrup cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 

Bununla belə komandaların azarkeşləri hələ də sevimli komandaları haqqında xəbərləri həvəslə izləyir və yarışın növbəti mərhələsinə yüksələ biləcəklərinə ümid edirlər.

Teqlər