İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted"i məğlub etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396746-İngiltərə_premyer_liqası_arsenal_mançester_yunayted_i_məğlub_etdi
İngiltərə Premyer Liqasında "Arsenal" maraqlı bir görüşdə "Mançester Yunayted"ə qalib gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2023 15:38 Asia/Baku
  • İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasında "Arsenal" maraqlı bir görüşdə "Mançester Yunayted"ə qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində "Arsenal" "Mançester Yunayted"lə qarşılaşıb və 3-2 hesablı qələbə ilə çempionluğa daha bir addım yaxınlaşıb. 

Bu matçda "Arsenal"ın heyətində Nketiya 2 dəfə, Saka isə bir dəfə fərqlənib.

"Mançester Yunayted"in qollarını isə Rəşford və Lisandro Martinez vurub. 

David de Xea bu oyunda yüksək məharət nümayiş etdirib və ümumilikdə Arsenal daha yaxşı performans göstərib. 

Arsenal bu qələbə nəticəsində 50 xal toplayıb və "Mançester Siti" ilə xal fərqini 5-ə çatdırıb.

"Mançester Yunayted" isə 39 xalla dördüncü pillədə qərarlaşıb.