FİFA İndoneziyanın dünya çempionatına ev sahibliyini ləğv edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398684-fİfa_İndoneziyanın_dünya_çempionatına_ev_sahibliyini_ləğv_edib
Beynəlxalq Futbol Federasiyası İndoneziyanın iyirmi yaşadək futbol üzrə dünya çempionatına ev sahibliyini ləğv edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 30, 2023 14:18 Asia/Baku
  • FİFA İndoneziyanın dünya çempionatına ev sahibliyini ləğv edib

Beynəlxalq Futbol Federasiyası İndoneziyanın iyirmi yaşadək futbol üzrə dünya çempionatına ev sahibliyini ləğv edib.

İndoneziyanın Bali şəhər merinin sionist İsrail rejimi nümayəndələrinin iyirmi yaşadək futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmələrinə mane olmasının ardınca FİFA ev sahibliyini İndoneziyadan alıb.

FİFA ən son addımda bu xəbəri yaymaqla belə iddia edib: İşarə olunan şəraitə əsasən, Beynəlxalq Futbol Federasiyası İndoneziyanı iyirmi yaşadək futbol üzrə dünya çempionatına ev sahibliyindən götürür və tezliklə bu yarışlara ev sahibliyi edəcək ölkəni təqdim edəcək.

FİFA-nın bu qərarı, İsrail rejimi nümayəndələrinin İndoneziya ərazisinə daxil olmalarının qarşısının alınması istiqamətində bu ölkədə keçirilən xalq etirazları və rəsmi Cakartanın qərarından sonra qəbul edilib.