Mart 30, 2023 20:04 Asia/Baku
  • Orucluq terapiyası xəstəlikləri müalicə edir

Xəstəliklərin orucluq terapiyası ilə təbii müalicəsi, mümkündür. Oruc tutmaq, xas məqsədlərə çatmaq üçün qısa və ya uzun müddət yemək yeməkdən tam şəkildə çəkinmək deməkdir.

Oruc tutmaq, xəstəliklərin müalicəsi istiqamətində ən qədim, ən təsirli, eyni zamanda, ən azxərcli üsuldur. Oruc tutmaq demək olar ki, hər bir dində mövcuddur. İslam dininin tərəfdarları, buddistlər, hindular və bir çox digər dinlər oruc tutmaq üçün konkret dövrlərə malikdirlər.

Bütün tibb tarixində oruc tutmaq, ən etimadolunası müalicə metodlarından hesab olunurdu. Sokrat, Qalen, Parasels və tibb sahəsi üzrə bir çox digər şəxsiyyət oruc tutmağı öz xəstələrinin müalicəsi üçün təyin edirdi.

Müasir dövrün bir çox tanınmış həkimi müxtəlif xəstəliklərin müalicəsində bu terapiya sistemindən uğurla istifadə edibdir.

Bütün xəstəliklərin baş verməsinin əsas səbəbi, zəhərli və tullantı maddələrin bədəndə toplanmasıdır. Xəstəliyin başlanması, sırf olaraq, bədənin bu çirkinlikdən xilas olması prosesidir.

Bütün xəstəlikləri, xəstəliyin baş verməsinə səbəb olmuş məsələnin əksinə hərəkət etməklə müalicə etmək olar.

Bədənin konkret müddətə yeməkdən məhrum olunması ilə, tullantı maddələrin bədəndən dəf etmələri üçün bağırsaqlar, böyrəklər, dəri və ağ ciyərlər kimi dəfetmə orqanlarına bu fürsət verilir.

 

Teqlər