İngiltərə Premyer Liqasında qızıl əlcək uğrunda həyəcanlı rəqabət
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i399213-İngiltərə_premyer_liqasında_qızıl_əlcək_uğrunda_həyəcanlı_rəqabət
"Mançester Yunayted"in ispaniyalı qapıçısı David De Xea "Qızıl Əlcək" mükafatının əsas iddiaçısı oldu.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 17, 2023 14:57 Asia/Baku
  • İngiltərə Premyer Liqasında qızıl əlcək uğrunda həyəcanlı rəqabət

"Mançester Yunayted"in ispaniyalı qapıçısı David De Xea "Qızıl Əlcək" mükafatının əsas iddiaçısı oldu.

İngiltərə Premyer Liqasında dünən "Mançester Yunayted" "Nottingem Forest"lə qarşılaşdı və öz ulduzlarının yoxluğunda 2-0 hesabı ilə qalib gəldi. 

Bu oyunda Reşford olmasa da, "Qırmızı şeytanlar"ın çıxışı əla idi və bu komanda Antoninin parlaq performansı ilə möhtəşəm qələbə qazandı. 

Bu matçda Tenhaqın yetirmələri üçün vacib olan rəqibin qol vurmasına mane olmaq idi.  De Xea, Maguire və Lindelofun müdafiə xəttində olduğu gecədə "Mançester Yunayted"in qapısını qoruya bildi və yaxşı rekord qeydə aldı.

David De Xea mövsümdə 14-cü dəfə qapını təmiz saxlaya bildi və "Qızıl Əlcək" mükafatının əsas iddiaçısı oldu.

"Nyukasl"ın futbolçusu Nik Pope isə hazırda 13 "klean sheet" ilə  ikinci,  "Arsenal"dan Aaron Ramsdeyl isə 12 "klean sheet" ilə üçüncü yerdədir.

"Qızıl Əlcək"lər uğrunda yarış həmişə həyəcanlı olur, qapıçılar bir mövsümdə ən çox qapını təmiz saxlayan qapıçıya verilən nüfuzlu mükafat uğrunda mübarizə aparırlar.