İranın qadınlardan ibarət alış milli komandası Asiya çempionu olub
May 24, 2023 11:15 Asia/Baku
Dörd gümüş və iki bürünc medal qazanan İranın qadınlardan ibarət alış milli komandası klassik bölmədə Asiya çempionu olub.
Mərkəzi Asiyada xalq güləşi sayılan alış, qurşaqtutma da adlanır. Bu güləş növünün qaydaları Dünya Güləş Birliyi tərəfindən tənzim edilir.
Qadınların klassik bölmədə alış güləşi üzrə Asiya çempionatı yarışları mayın iyirmi ikisi və iyirmi üçündə Özbəkistanda keçirilib. Sonda İran güləşçiləri Sepide Babayi əlli beş, Ümmulbənin Mohseni altmış, Ruqəyyə Məhmudabadi altmış beş və Reyhanə Gilani yetmiş kiloqram çəki dərəcələrində gümüş, Səhər Qənizadə yetmiş beş, İzzət Qurbani-Sani isə yetmiş beş kiloqramdan yuxarı çəki dərəcələrində bürünc medal əldə ediblər.