İyun 27, 2023 18:55 Asia/Baku
  • İranlı atlet Fransada beynəlxalq yarışda qalib gəlib

İranlı atlet Həsən Təftian Fransanın Serji şəhərində keçirilən beynəlxalq atletika turnirində 100 metr məsafəyə qaçışda birinci yeri tutmağı bacarıb.

Fransada hazırlıq düşərgəsində iştirak edən yüz metr məsafəyə qaçış yarışı üzrə rekordçu, Asiya çempionatında 100 və 60 metr məsafəyə qaçışda qızıl medalların sahibi Həsən Təftian 100 metr məsafəyə qaçışda birinci yeri tutmağı bacarıb və çempionluq titulunu qazanıb.

Müvafiq olaraq, ən sürətli iranlı atlet bu yarışın ilkin mərhələsində 10,16 saniyəyə nail olub və finala yüksəlib.

Final mərhələsində Təftian 10,05 saniyəlik nəticə göstərərək birinci yeri tutaraq çempionluğu qazanıb.

Fil Dişi Sahilindən olan İbrahim Diamond 10,28 saniyə ilə Təftiandan sonra ikinci, ev sahibi Fransadan  Cerri Le’Konte 10,29 saniyə ilə üçüncü yerdə qərarlaşıb.

Teqlər