İranlı paralimpik idmançı Dünya çempionatının gümüş mükafatçısı oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401792-İranlı_paralimpik_idmançı_dünya_çempionatının_gümüş_mükafatçısı_oldu
İranlı idmançı dünya paralimpik çempionatında disk atma yarışında gümüş medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2023 09:19 Asia/Baku
  • İranlı paralimpik idmançı Dünya çempionatının gümüş mükafatçısı oldu

İranlı idmançı dünya paralimpik çempionatında disk atma yarışında gümüş medal qazanıb.

Məlumata görə, bir neçə gün əvvəl Fransada keçirilən dünya çəki atma yarışında qızıl medal qazanan iranlı idmançı Mehdi Övlad disk atma yarışında da gümüş medal qazanıb.

Parisdə keçirilən atletika üzrə dünya çempionatında Mehdi Övlad disk atma üzrə İspaniya, Hindistan, Kamerun, Polşa, Braziliya, Finlandiya və Avstriya idmançıları ilə yarışıb.

Övlad 43,73 metrlik rekordla F11 sinfində dünya ikincisi olub və Paralimpiya vəsiqəsini əldə edib. Bu yarışda braziliyalı idmançı 45.30 metr, İspaniya təmsilçisi 37.60 metr nəticə ilə üçüncü yeri tutub.

Bu, İran komandasının dünya çempionatında qazandığı artıq altıncı medalıdır.