İyul 22, 2023 18:43 Asia/Baku
  • İranlı idmançılar Hanmadanq 2023-də 2 qızıl medal qazandılar

İran taekvondoçuları Cənubi Koreyada keçirilən beynəlxazlq Hanmadang yarışında iki qızıl medal qazanıblar.

Hanmadanq yarışları dünyanın hər yerindən taekvondoçuları bir araya gətirmək və döyüş sənətini canlandırmaq üçün bir festivaldır.

Hanmadanq poomse, əşyaları qırma və özünümüdafiə kimi döyüş sənətinin əsaslarını əhatə edən yarışlar üçün Taekvondo Festivalıdır.

Taekvondo Federasiyasının məlumatına görə, beynəlxalq Hanmadanq yarışları iyuylun 21-dən Cənubi Koreyanın ev sahibliyi və 58 ölkədən taekvondoçuların iştirakı ilə başlayıb və və ilk gündə İran təmsilçiləri iki qızıl medal qazanıblar.

Hüseyn Hünərmənd "Nopi Ap Chagi" yarışında qızıl medal qazanıb və Reza Fərəci də "Nopi Chgi"də 2.60 rekordu qeydə alaraq, İrana ikinci qızıl medalı qazandırıb.

Bu yarışlar 24 iyul bazar ertəsinə qədər davam edəcək.