İki iranlı qadın ağır atletika üzrə Asiya çempionatında 4 medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402246-İki_iranlı_qadın_ağır_atletika_üzrə_asiya_çempionatında_4_medal_qazanıb
İki iranlı qadın ağırlıq qaldıran "Qəzəl Hüseyni" və "Reyhanə Kərimi" Hindistanda keçirilən gənclər və yeniyetmələr arasında ağır atletika üzrə Asiya çempionatında qadınlar bölməsində dörd gümüş və bürünc medal qazanıblar.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 01, 2023 12:28 Asia/Baku
  • İki iranlı qadın ağır atletika üzrə Asiya çempionatında 4 medal qazanıb

İki iranlı qadın ağırlıq qaldıran "Qəzəl Hüseyni" və "Reyhanə Kərimi" Hindistanda keçirilən gənclər və yeniyetmələr arasında ağır atletika üzrə Asiya çempionatında qadınlar bölməsində dörd gümüş və bürünc medal qazanıblar.

"İRNA"nın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan Reyhanə Kərimi bu yarışlarda gənclər kateqoriyasında qadınlar arasında üç rəngli medal qazanıb.

Reyhanə Kərimi birdən qaldırmada 81 kq-ı qaldıraraq, bürünc, təkanla qaldırmada isə 107 kq-ı qaldıraraq, bu kateqoriyada gümüş, ümumilikdə isə 188 xalla bürünc medal qazanıb. 

Qəzəl Hüseyni isə birdən qaldırmada 80 kq-ı qaldıraraq, bu çempionatın yeniyetmələr kateqoriyasında qadınlar arasında 59 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında ağır atletika üzrə Asiya çempionatı iyulun 28-dən başlayıb və avqustun 6-dək davam edəcək.