İranın U-19 voleybol komandası dünyanın 4 ən yaxşı komandasına qoşulub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402500-İranın_u_19_voleybol_komandası_dünyanın_4_ən_yaxşı_komandasına_qoşulub
İranın 19 yaşadək oğlanlardan ibarət voleybol komandası 2023-cü il dünya çempionatında yarımfinala yüksəlməyi bacarıb və dünyanın ən yaxşı 4 komandası sırasına qoşulub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 10, 2023 12:30 Asia/Baku
  • İranın U-19 voleybol komandası dünyanın 4 ən yaxşı komandasına qoşulub

İranın 19 yaşadək oğlanlardan ibarət voleybol komandası 2023-cü il dünya çempionatında yarımfinala yüksəlməyi bacarıb və dünyanın ən yaxşı 4 komandası sırasına qoşulub.

Argentinanın "San Xuan" şəhərində keçirilən yarışlarda İran komandası Belçikanı məğlub edərək, çempionatların final mərhələsinə yüksələ bilib.

Belçika yığması üzərində qələbə İranın ardıcıl beş qələbə qazanması ilə nəticələnib.

İranın 19 yaşadək oğlanlardan ibarət voleybolçuları yarımfinalda İtaliyanı 3:0 hesabı ilə məğlub edən Cənubi Koreya komandası ilə qarşılaşacaq.

Həmçinin, ABŞ yarımfinalda Fransa ilə qarşılaşacaq.