İranın yeniyetmə voleybolçuları dünya çempionatının finalına vəsiqə qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402526-İranın_yeniyetmə_voleybolçuları_dünya_çempionatının_finalına_vəsiqə_qazanıblar
Bir daha Cənubi Koreya yığmasını məğlub edən İranın yeniyetmələrdən ibarət voleybol komandası dünya çempionatının finalına vəsiqə qazanıb və Fransanın rəqibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2023 12:54 Asia/Baku
  • İranın yeniyetmə voleybolçuları dünya çempionatının finalına vəsiqə qazanıblar

Bir daha Cənubi Koreya yığmasını məğlub edən İranın yeniyetmələrdən ibarət voleybol komandası dünya çempionatının finalına vəsiqə qazanıb və Fransanın rəqibi olub.

On doqquz yaşadək yeniyetmələrin voleybol üzrə on səkkizinci dünya çempionatının yarımfinal mərhələsi Argentinanın San-Xuan şəhərində keçirilib.

Sözügedən yarışlarda indiyədək altı ardıcıl qələbə qazanan İran millisi Bakı vaxtı ilə bu gün səhər saatlarında Cənubi Koreya ilə yığması ilə qarşılaşıb.

Rəqiblərini üç-bir hesabı ilə məğlub edən iranlı yeniyetmə voleybolçular  yarışların finalına yüksəliblər.

Beləliklə, final görüşü İran və Fransa komandalarının iştirakı ilə Bakı vaxtı ilə avqustun on ikisi, gecə saat üçdə keçiriləcək və yarışların çempionu məlum olacaq.