Kosmosdakı nəhəng sual işarəsi nədir? Kainat bizdən nəsə soruşur?
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402561-kosmosdakı_nəhəng_sual_işarəsi_nədir_kainat_bizdən_nəsə_soruşur
Ceyms Vebb Teleskopu kosmosun dərinliyində nəhəng sual işarəsi aşkar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2023 12:30 Asia/Baku
  • Kosmosdakı nəhəng sual işarəsi nədir? Kainat bizdən nəsə soruşur?

Ceyms Vebb Teleskopu kosmosun dərinliyində nəhəng sual işarəsi aşkar edib.

Avropa Kosmik Agentliyi Yerdən 1470 işıq ili uzaqlıqda əmələ gələn iki gənc ulduzun şəklini yayımlayıb.

Lakin bu ulduzların bir az altında uzaq kainatda nəhəng sual işarəsinə bənzəyən bir obyekt var.

Alimlər bunun kainatdan bir mesaj olma ehtimalının olmadığını, əksinə daha ağılabatan bir izahatı olduğunu söyləyirlər.

Onlara görə Sual işarəsi formalı obyektin dəqiq nə olduğu bəlli olmasa da, onun rəngi və forması bizə müəyyən fikirlər verir.

Astronomlar deyirlər ki, sual işarəsinin narıncı rəngi bunun əsas təsvirin fonunda birləşən bəzi qalaktikalar ola biləcəyini göstərir, lakin dəqiq bilmək üçün əlavə araşdırma tələb edən başqa izahatlar ola bilər.