İranlı tennisçi stolüstü tennis üzrə açıq beynəlxalq turnirin qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402589-İranlı_tennisçi_stolüstü_tennis_üzrə_açıq_beynəlxalq_turnirin_qalibi_olub
İran nümayəndəsi Tunisdə keçirilən stolüstü tennis üzrə açıq beynəlxalq turnirin qızıl medalını qazanıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 13, 2023 13:30 Asia/Baku
  • İranlı tennisçi stolüstü tennis üzrə açıq beynəlxalq turnirin qalibi olub

İran nümayəndəsi Tunisdə keçirilən stolüstü tennis üzrə açıq beynəlxalq turnirin qızıl medalını qazanıb.

On beş yaşınadək yaş qrupunda yarışan iranlı yeniyetmə tennisçi- Benyamin Fərəci öz qrupuna liderlik etdikdən sonra püşkatma nəticəsində səkkizdə bir final mərhələsində istirahət edib.

Fərəci dörddə bir finalda Əlcəzairdən olan rəqibini üç-bir hesabı ilə məğlub edib. İkidə bir finalda sıx rəqabətlə üzləşən İranlı tennisçi, İngiltərə təmsilçisi- Rohann Deni-yə üç-iki hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.

Finalda Tunis idmançısı- Vasim Asidlə qarşılaşan Benyamin Fərəci rəqibini üç-sıfır hesabı ilə məğlub etməklə yarışların qalibi olub.