İran komandası İsfahanda keçirilən dünya tennis turnirində 3 qızıl qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402593-İran_komandası_İsfahanda_keçirilən_dünya_tennis_turnirində_3_qızıl_qazanıb
İranın İsfahan şəhərindəki Espadan stadionlarında keçirilən Dünya Tennis Turnirində İranın milli komandası 3 qızıl medal qazanıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 13, 2023 14:08 Asia/Baku
  • İran komandası İsfahanda keçirilən dünya tennis turnirində 3 qızıl qazanıb

İranın İsfahan şəhərindəki Espadan stadionlarında keçirilən Dünya Tennis Turnirində İranın milli komandası 3 qızıl medal qazanıb.

Kişilərin tək yarışında final mərhələsində iranlı oyunçu Əmir Əli Qəvam iranlı rəqibi İliya Cəfərini 3-6 və 5-7 hesabı ilə üstələyərək, çempionluq kürsüsünə yüksəlib.

Qadınların final mərhələsində iranlı oyunçu Yasəmən Yəzdani iranlı rəqibi Mandigar Fərzamini 1:6, 4:6, 4:6, yəni ümumilikdə 2:1 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Oyunçu Fərzami ikinci yeri tutub.

İki rusiyalı oyunçu Alina Botaşeva və Vlada Qvrileva birgə üçüncü yeri tutublar.

Qadınların cütlük yarışında iranlı Fərzami - Sultani cütlüyü türkiyəli Artan - Koçak cütlüyünü 7-5, 6-1 hesabı ilə məğlub edərək, çempion olub.