Avq 15, 2023 15:19 Asia/Baku
  • İran Milli Komandası

İranın milli tələbə robototexnika komandası bu gün səhər (çərşənbə axşamı) Çində keçirilən dünya çempionatında ikinci yeri qazanaraq ölkəyə şərəf gətirib.

Məlumata görə, İranın müxtəlif yerlərindən qatılmış 42 nəfərdən ibarət iranlı tələbə robototexnika ekspedisiya komandası "Ümumdünya Tələbə Robototexnika" olimpiadasına göndərilmiş və ikinci yeri tutmuşlar.

Bu müsabiqəyə qatılmış tələbələr Pekində 24 ölkədən olan tələbələrlə 17 yaşadək kateqoriyada 5 liqada yarışıblar.

Qeyd edək ki, bu yarışda 3000-dən çox iştirakçı və 1600-dən çox komanda iştirak edib.

 

Teqlər