Avq 16, 2023 14:01 Asia/Baku
  • Neymar rəsmi olaraq Səudiyyə Ərəbistanının

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu çərşənbə axşamı Braziliyalı futbol ulduzu Neymarın kluba keçdiyini rəsmən açıqlayıb.

Beləliklə, “Paris Saint-Germain” (PSG) klubunda altı mövsüm keçirdikdən sonra Neymar da Cristiano Ronaldo və Kərim Benzema kimi Səudiyyə Ərəbistanı Liqasında çıxış edəcək.

Qeyd edək ki, bazar ertəsi mətbuat, Əl-Hilal klubunun Neymarın transferi üçün Paris Saint-Germain-ə 90 milyon avro ödəməyə razı olduğunu bildirdi. Səudiyyə Ərəbistanında 31 yaşlı Neymarın illik maaşının 100 milyon dollar civarında olduğu bildirilir.

Neymarın “Əl-Hilal” Klubu tərəfindən yayımlanan videosunda o, Səudiyyə Ərəbistanında olduğunu açıqlayıb.

 

Teqlər