Azərbaycanlı şahmatçı Dünya Kubokunun yarımfinalında
Azərbaycanlı şahmatçı Dünya Kubokunun yarımfinalına vəsiqə qazanıb
Azərbaycan Respublikası şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubikunun 1/4 final mərhələsində ikinci oyununu keçirib və rəqibinə qalib gəlib.
Nicat Abbasov bu mərhələdə Hindistan təmsilçisi Vidit Santoşla mübarizə aparıb. 28 yaşlı qrossmeyster bu rəqibinə qarşı ötən gün baş tutan ilk görüşündə qara fiqurlarla oynamış və heç-heçə razılaşmışdı.
Bu gün şahmatçılar növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətiriblər. Azərbaycanın 28 yaşlı qrossmeysteri cavab oyununda güclü rəqibini məğlub edib- 1:0. Bu qələbə sayəsində Abbasov Dünya Kubokunda yarımfinala yüksəlib.
Abbasov Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı kimi tarixə düşüb. Buna qədər 2019-cu ildə Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başayacaq. Nicat Abbasovun yarımfinaldakı rəqibi norveçli Maqnus Karlsen- Hindistanlı Domaradju Qukeş cütünün qalibi olacaq. İlk görüşdə FİDE rehtinqinin lideri Karlsen qalib gəlib.
Bakıdakı Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq. Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dolarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.