“Maska dövrü” geri qayıdır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402694-maska_dövrü_geri_qayıdır
Alimlər koronavirusun yeni ştammının yayılması ilə insanların yenidən maska taxmasının lazım olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2023 13:04 Asia/Baku
  • “Maska dövrü” geri qayıdır

Alimlər koronavirusun yeni ştammının yayılması ilə insanların yenidən maska taxmasının lazım olacağını bildirib.

Araşdırmaçılar koronovirusun Omikronun “Eris” ştamının yayıldığını və əvvəlki ştamlardan daha böyük dalğaya səbəb ola biləcəyini bildiriblər.

İngiltərə KİV-nin məlumatına görə, elm adamları yeni koronavirus dalğasının qarşısını almaq üçün insanların maskalardan istifadə etmələrini istəyiblər.

“Daily Mirror”-un məlumatına görə, hazırda bu tip koronovirusun geniş yayıldığı ölkələrdə hər 10 yeni kovid hadisəsindən biri “Eris” növü ilə bağlıdır.

Alimlər bu yeni ştam üçün hələ bir ad seçməsələrdə, onu BA.6 adlandırıblar, lakin yaxın həftələrdə bu alt suşun epidemiyasının başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.