Azərbaycan təmsilçisi üçün
Ümumdünya Şahmat Olimpiadasında qızıl medal
Avq 19, 2023 13:47 Asia/Baku
Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan təmsilçisi qızıl medal qazanıb.
47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.
Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.