Avq 21, 2023 13:57 Asia/Baku
  • İranın gənclərdən ibarət yunan-roma güləşi komandası dünya çempionu olub

Üç qızıl, iki gümüş və bir bürünc medal əldə edən İranın gənclərdən ibarət yunan-roma güləşi komandası dünya çempionu adını qazanıb.

Gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatı avqustun on səkkizindən iyirmisinədək İordaniyanın paytaxtı- Əmmanda keçirilib.

Komanda sıralamasında İran yüz altmış iki, Gürcüstan səksən doqquz, Ermənistan isə səksən səkkiz xalla müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar.

İranın gənclərdən ibarət yunan-roma güləşi komandasının dünya birinciliyini əldə etməsilə, ölkə güləşi üçün tarixi rekord qeydə alınıb. Belə ki, İranın sərbəst və yunan-roma güləş növləri üzrə həm yeniyetmə, həm də gənclərdən ibarət/ ümumilikdə dörd komandası/ dünya birinciliyini qazanıb.

Bu, hələ harasıdır… Bu komandalar Asiya çempionatlarının da qalibi olublar və ölkə güləşi iki ay ərzində/ yenyetmələr və gənclər  üzrə səkkiz çempionluğun şahidi olubdur.

 

Teqlər