Avq 28, 2023 14:18 Asia/Baku
  • İranın Bodibildinq üzrə idmançıları Asiya yarışlarında çempion oldu

İranın bodibildinq komandası Livanda keçirilən Asiya-2023 yarışlarında çempion olub.

İran milli komandası Livanda keçirilən 56-cı Bodibildinq Asiya Çempionatında bu yarışın çempion titulunu yenidən qazanaraq köhnə qitənin fətehi olub.

Qeyd edək ki, İran milli komandası bu yarışlarda 27 qızıl, 14 gümüş və 6 bürünc medal qazanaraq turnir cədvəlinin ilk sırasında yer alıb. İkinci və üçüncü yerləri isə, İraq və Livan komandaları tutub.