İran yunan-Roma güləşi üzrə Asiya çempionu olub
Apr 17, 2024 12:57 Asia/Baku
İranın Yunan-Roma güləşi üzrə milli komandası 4 qızıl, 3 gümüş və 2 bürünc medalla Qırğızıstanın paytaxtı Bişkekdə Asiya çempionu olub.
Mehr xəbər agentliyinin məlumatına görə, aprelin 15 və 16-da Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə 33-cü Asiya çempionatı keçirilib və yekunda iranlı idmançılar Səid İsmaili 67 kq çəki dərəcəsində, Nasir Əlizadə 87 kq çəki dərəcəsində və Məhəmməd Hadi Sarəvi, 97 kq çəki dərəcəsində və Əmin Mirzəzadə 130 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Komanda təsnifatında İran 200 xalla çempion olub, Qırğızıstan millisi 144 xalla ikinci, Yaponiya isə 142 xalla üçüncü olub.