Noy 24, 2024 17:26 Asia/Baku
  • İran və Türkiyə arasında mədəniyyət əlaqələri genişlənəcək

İranın Ankaradakı mədəniyyət müşaviri Ankara Universitetinin İlahiyyat fakültəsinin professorlarından ibarət nümayəndə heyətinin Tehrana səfəri üçün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib. Bu səfərin mart və aylarına təsadüf edəcəyi bildirilib.

 İran İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatından verilən məlumat görə, Ankara Universitetinin İlahiyyat fakültəsinin dekanı İrfan Aycan İranın Ankaradakı mədəniyyət müşaviri Seyid Qasim Nazimi ilə görüşüb.

Həmçinin, tərəfləri maraqlandıran məslələr arsında İran və Türkiyənin müasir İslam sivilizasiyasında rolu mövzusunda elmi konfransın keçirilməsi olub.

Bu görüşdə Ankara Universitetinin İlahiyyat Fakültəsinin dekanı İrfan Aycan Türkiyə ilə İran arasında elmi əməkdaşlığın zəruriliyini vurğulayıb.O, İranın teoloji tədqiqatlardakı əhəmiyyətinə toxunaraq, İrana səfər etmək və bu ölkədəki ilahiyyat alimləri ilə görüşmək arzusunda olduğunu açıqlayıb.

Teqlər