Real Madrid Avropa Çempionlar Liqasının qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i271686-real_madrid_avropa_Çempionlar_liqasının_qalibi_oldu
İspaniyanın Real Madrid futbol komandası İtaliyanın Yuventusu komandasını 4:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Avropa Çempionlar Liqasının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2017 05:16 Asia/Baku
  • Real Madrid Avropa Çempionlar Liqasının qalibi oldu
    Real Madrid Avropa Çempionlar Liqasının qalibi oldu

İspaniyanın Real Madrid futbol komandası İtaliyanın Yuventusu komandasını 4:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Avropa Çempionlar Liqasının qalibi olub.

İRNA-nın məlumatına görə, Avropa Çempionlar Liqasının final matçı ötən gecə Uelsin Kardiff şəhəri stadionunda İspaniya və İtaliya təmsilçiləri arasında baş tutub. Sonda finalın qalibi İspaniya təmsilçisi olub. 

Real Madrid bu qələbə ilə həmçinin iki mövsümü ardıcıl olaraq çempion olan ilk komandaya çevrilib. 

Sadəcə iki dəfə Avropa Çempionlar Liqasının qalibi olmuş İtaliyanın Yuventus klubu da finalda yenə də məğlub olub və çempionluq həsrəti 21 ilə çatıb.