İyun 19, 2017 10:12 Asia/Baku
  • İran Asiya çempionu olub
    İran Asiya çempionu olub

İranın gənclərdən ibarət sərbəst güləş komandası 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq, Tayvanda keçirilən gənclərin 2017-ci il Asiya çempionatının qalibi olubdur.

İranın gənclərdən ibarət sərbəst güləş komandası dünən Tayvanın Tayçunq şəhərində keçirilən gənclərin Asiya çempionatının sonuncu günündə 74, 84 və 96 kiloqram çəki dərəcələrində- qızıl, 60 və 66 kiloqram çəki dərəcələrində- gümüş və 55 və 120 kiloqram çəki dərəcələrində- bürünc medal əldə edibdir.

İranın gənclərdən ibarət sərbəst güləş komandası bu yarışlarda 69 xalla çempion adını qazanıbdır.

Özbəkistan və Qazaxıstan komandaları da müvafiq olaraq, 67 və 53 xalla ikinci və üçüncü olublar.

Teqlər