Yunan-roma güləşi üzrə 2018-ci il dünya çempionatı İranda keçiriləcək
İyul 05, 2017 08:35 Asia/Baku
Yunan-roma güləşi üzrə 2018-ci il dünya çempionatınının ev sahibliyi İranın Xuzistan vilayətinin mərkəzi olan Əhvaz şəhərinə tapşırılıb.
IRNA-nın məlumatına görə, İranın Xuzistan vilayətinin idman və gənclər idarəsinin baş müdiri Əfşin Heydəri dünən gecə bu xəbəri verərək, belə qeyd edib: Dünya Güləş Federasiyası İranın Güləş Federasiyasının Yunan-roma güləşi üzrə 2018-ci il dünya çempionatınının İranın Xuzistan vilayətinin mərkəzi olan Əhvaz şəhərində keçirilməsi üzrə xahişi ilə razılaşıb.
Əfşin Heydəri əlavə edib: Bu əsasda yunan-roma güləşi üzrə 2018-ci il dünya çempionatının yarışları səkkiz komandanın iştirakı ilə 2018-ci ilin mart-aprel aylarında Əhvaz şəhərində keçiriləcək.
İran güləş sahəsində dünyanın ən iftixarlı ölkələrindəndir.