İyul 23, 2017 17:25 Asia/Baku
  • Sərbəst güləş üzrə İran yığması yeniyetmələr arası Asiya çempionatının qalibi oldu
    Sərbəst güləş üzrə İran yığması yeniyetmələr arası Asiya çempionatının qalibi oldu

İranın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandası Bankokda keçirilən Asiya Çempionatının qalibi olub.

Yeniyetmələrdən ibarət İran yığması Tailandda keçirilən sərbəst güləş üzrə Asiya çempionatında 46, 54, 85 və 100 kiloqram çəki dərəcələrində qızıl medalın sahibi olub.

İran yığması həmçinin, 58 və 76 kq çəki dərəcələrində gümüş, 42 və 69 kq çəki dərəcələrində isə bürünc medal əldə edib.

İran yığması bu 8 medal ilə ümumilikdə 79 xalq toplayaraq, Asiya Çempionatının qalibi olub.

Hindistan və Qazaxıstan komandaları isə müvafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Bundan öncə İranın yunan-roma güləş növü üzrə yeniyetmələr arası yığma komandası 3 qızıl, 5 gümüş və 1 bürünc medal ilə ümumilikdə 87 xal toplamış və Asiya çempionu adına layiq görülmüşdü.

Yunan-roma və sərbəst güləş növü üzrə yeniyetmələrarası Asiya Çempionatı 20 iyulda Tailandın paytaxtı Bankokda start götürmüş və bazar günü öz işini başa vurmuşdur.

Teqlər