İyul 29, 2017 08:43 Asia/Baku
  • XXIX Beynəlxalq Kompüter Olimpiyadasının açılış mərasimi

29-cu Beynəlxalq Kompüter Olimpiyadasının açılış mərasimi bu gün Tehranda keçiriləcək.

Dünyanın 84 ölkəsindən məktəbli kollektivləri 29-cu Beynəlxalq Kompüter Olimpiyadasında 4 avqusta qədər mübarizə aparacaq. 

Fələstin komandası ilk dəfə olaraq bu olimpiyada iştirak edir. 

İran 2013-2015-ci illərdə Beynəlxalq Kompüter Olimpiyadasında 6-cı yeri tutub. 

İran ikinci dəfədir ki, beynəlxalq olmpiyadaya ev sahibliyi edir. Bundan öncə astronomiya və fizika olimpiyadasına ev sahibliyi etmişdir. 

Beynəlxalq Kompüter Olimpiyadası keçən dəfə Rusiyada keçirilib. 

Bu beynəlxalq olimpiyada ilk dəfə olaraq 1989-cu ildə Bolqarıstanda təşkil olunub. 

Teqlər