İranlı gənc sərbəst güləşçilərin beynəlxalq uğurları
İranın gənclərdən ibarət sərbəst güləşçiləri gənclərin dünya çempionatında iki bürünc medal qazanıblar.
İranın altmış kiloqram çəki dərəcəsində güləşən nümayəndəsi Yunis Emami dünən gənclərin Finlandiyada keçirilən dünya çempionatı yarışlarında Albaniyadan olan rəqibini məğlub edərək, bürünc medal qazanıb.
İranın 74 kiloqram çəki dərəcəsində güləşən nümayəndəsi Mohəmməd Mottəqiniya da öz türkiyəli rəqibini məğlub edərək, bürünc medal qazanıbdır. Yarışların ilk dörd çəki dərəcəsində mübarizə aparan İranın iki digər nümayəndəsi isə bu yarışlardan kənarlaşıbdır.
İranın ikinci dörd çəki dərəcəsində mübarizə aparan nümayəndələri bu gün, yarışların sonuncu günündə öz rəqiblərilə qarşılaşacaqlar.
Gənclərin sərbəst güləş üzrə dünya çempionatı dünən Finlandiyanın Tampere şəhərində başlanıb.