İranın gənc sərbəst güləşçiləri dünya üzrə üçüncü olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278496-İranın_gənc_sərbəst_güləşçiləri_dünya_üzrə_üçüncü_olublar
İran İslam Respublikasının sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası dünya çempioatında üçüncü yerdə durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 03:50 Asia/Baku
  • İranın gənc sərbəst güləşçiləri dünya üzrə üçüncü olublar
    İranın gənc sərbəst güləşçiləri dünya üzrə üçüncü olublar

İran İslam Respublikasının sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası dünya çempioatında üçüncü yerdə durub.

Gənclərin sərbəst güləş üzrə dünya çempionatının yarışları avqustun biri və ikisində Finlandiyanın Tampere şəhərində keçirilib.

İranın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası 49 xalla bu yarışların üçüncüsü olub. Bu yarışlarda 120 kiloqram çəki dərəcəsində güləşən Nəim Həsənzadə gümüş medal qazanıb. 60, 74 və 84 kiloqram çəki dərəcəsində güləşən Yunis Emami, Mohəmməd Mottəqiniya və Əhməd Bəzri isə bürün medalla kifayətləniblər.