Avq 26, 2017 14:12 Asia/Baku
  • Paris İran pəhləvanına mat qaldı
    Paris İran pəhləvanına mat qaldı

Fransa paytaxtı Parisdə keçirilən Sərbəst Güləş üzrə Dünya Çempionatında İranın 86 kq çəki dərəcəsindəki təmsilçisi qızıl medala layiq görülüb.

Sərbəst Güləş üzrə Dünya Çempionatının ilk dörd çəkisində baş tutan matçlarda İran İslam Respublikasının 86 kq çəki dərəcəsindəki güləşçisi Həsən Yəzdani rəqiblərini məğlub edərək bu çəkidə qızıl medal qazanıb.

86 kq çəki dərəcəsində 34 güləşçi rəqabət aparırdı. Həsən Yəzdani ilk turda istirahət edirdi. İkinci turda Asiya Çempionatının gümüş medalçısı Qazaxıstan təmsilçisi Əzəmət Dövlətbəyovu 12:2 hesabı ilə məğlub edib.

Rio-2016 Olimpiyasının çempionu üçüncü turda Avropa oyunlarının gümüş medalçısı moldovalı güləşçi Piter Yanolovu 10:0 hesabı ilə məğlub edib və dörddə bir finala yüksəlib. Yəzdani dörddə bir finalda Avropa Çempionatının gümüş medalçısı Azərbaycan təmsilçisi Aleksandr Qustiyevdən 10:0 hesabı ilə üstün olub və yarımfinala vəsiqəni təmin edib.

İranlı pəhləvan Dünya Gənclər Çempionatının qızıl medalçısı Rusiya təmsilçisi Vladislav Valiyevi 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Finalda Slovakiya təmsilçisi Boris Makoyevlə qarşılaşan Yəzdani üç dəqiqə ərzində rəqibindən 10:0 önə keçib və Sərbəst Güləş üzrə Dünya Çempionatının qızıl medalına layiq görülüb.

Teqlər