Banqkokda İranın xalça sərgisi keçirilib
Tailandın paytaxtı Banqkokda İranın əldə toxunan xalçalarının təqdim edilməsi məqsədi ilə " Tailandın nəfis ipəyindən İranın xalça şah əsərinədək" adlı sərgi keçirilib.
İRNA-nın bu gün verdiyi məlumata görə, İran İslam Respublikasının Banqkokdakı səfiri Möhsün Məhəmmədi bu sərginin açılışı mərasimində Tailand xalqı və rəsmilərinin sərgini rəğbətlə qarşıladıqlarını bildirərək, bunun əsil İran mədəniyyətinə olan marağın göstəricisi olduğunu deyib
Bu mərasimdə Tailandın Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərindən olan Sunar Çucanq da İran xalçasını yüksək qiymətləndirərək iranlı sənətkarların Tailandın mərhum kralı Bumibol Adulyadecin portresini toxumasını iki xalqın mədəniyyətlərinin yaxınlaşdırılması üçün dəyərli təşəbbüs olduğunu bildirib.
Sərgidə təbrizli sənətkarlar tərəfindən toxunan Tailandın mərhum kralının portresinin təqdimatı olub və bu əsər Tailand rəsmiləri və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
İranın əldə toxunan xalça və kilimi, çeşidli boyaları, ilmələrinin növü və keyfiyyətinə görə dünya səviyyəsində yüksək dəyərləndirilir.