Noy 30, 2017 13:30 Asia/Baku
  • İran regionda elm istehsalında birincidir
    İran regionda elm istehsalında birincidir

İranın elmlər, təhqiqat və texnologiya naziri deyib: İran region səviyyəsində elm istehsalında birinci yerdə durur və bəzi yeni elmlərdə dünya səviyyəsində çox əla mövqeyi qazanmışdır.

İRNA-nın məlumatına görə, Mənsur Qulami cümə axşamı günü İranın mərkəzində İsfahan Sənaye Universitetində İranın birinci dərəcəli universitetləri rektorlarının 16-cı iclasında deyib: İran elm və təhsil infrastrukturları baxımından yüksək potensiallara malikdir və iranlı müəllim və tələbələr dünya ziyalıları arasında xüsusi mövqeyə malikdirlər. 

İranın elmlər, təhqiqat və texnologiya naziri İran universitetlərinin vacib prioritetlərindən birini müxtəlif ölkələrlə elmi əməkdalıqlar olduğunu bəyan edərək deyib: Elm diplomatiyası, ölkələr arasında əlaqələrin sadələşdirməsinə kömək edir. Beləliklə başqa ölkələrdə elm ziyalıları arasında İranın elm və qlobal mövqeyi çox yaxşı şəkildə formalaşacaq və elmi dairələrə bilik və texnologiyanın nəqlinə kömək edəcək. 

Qulami həmçinin İran universitetləri rektorları arasında həmrəylik iclasını İranın elmi inkişafının gerçəkləşməsinə səbəb olduğunu bildirib və deyib: Bu gün dünya elm istehsalı istiqamətində sürətlə hərəkət edir. 

Teqlər