Yan 20, 2018 18:00 Asia/Baku
  • Cakartada
    Cakartada "İmam Məhəmməd Qəzali" adına beynəlxalq konfrans keçirilib

İranın İslam Məzhəbləri Universiteti ilə İndoneziyanın "Əmanət" elmi-mədəni fondunun əməkdaşlığı ilə bu gün şənbə Cakartada "İmam Məhəmməd Qəzali" adına beynəlxalq konfrans keçirilib.

İmam Məhəmməd Qəzali böyük İslam alimlərindən biri olaraq, hicri qəməri tarixi ilə 5-ci əsrdə İranın Tus şəhərində dünyaya göz açıb.

İmam Məhəmməd Qəzalinin düşüncələri elmin inkişafına öz töhfəsini verməklə, sonrakı nəsillərin elmi nailiyyətlərində xeyli təsirli olub.

İmam Məhəmməd Qəzali bir çox yazılı elmi əsərə də malikdir. Onun əsərləri arasında ən mühüm və təsirli olanı isə "Təhafətül-Fəlsəfə" və "Əhya Ülum Əd-Din" k itablarıdır.

İRİB-nin verdiyi məlumata görə, İranın İslam Məzhəbləri Universitetinin rəisi Məhəmməd Hüseyn Muxtari  konfransın açılış mərasimində deyib: İmam Məhəmməd Qəzali İran mədəniyyəti və sivilizasiyasının beşiyindən yüksələn bir gövhərdir və bu qədim diyarın mədəniyyətində böyük dəyişikliyə səbəb olub.

Muxtari əlavə edib: Hicri qəməri tarixi ilə 5-ci əsrdə yaşamış iranlı filosof, mütəkəllim və fəqih İmam Məhəmməd Qəzali öz elmi əsərləri ilə bəşəriyyətə elm, kəlam, fəlsəfə, fiqh və əxlaq sahələri üzrə dəyərli töhfələr vermiş olub.

İranın İslam Məzhəbləri Universitetinin rəisi sonda deyib: İmam Məhəmməd Qəzali düşüncələri və əsərləri İslam Dünyasının sərhədlərini aşmağı bacaran az saylı müsəlman alimlərdən olub. Hətta, qərb ölkələrində belə onun əsərləri müasir dövrə kimi böyük diqqət mərkəzində olub. 

Teqlər