Çin alimləri 2 meymunu klonlaşdırıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i293423-Çin_alimləri_2_meymunu_klonlaşdırıblar
Çinli alimlər qoyunların klonlaşdırılması texnologiyasından istifadə edərək, iki meymunu klonlaşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 09:47 Asia/Baku
  • Çin alimləri 2 meymunu klonlaşdırıblar
    Çin alimləri 2 meymunu klonlaşdırıblar

Çinli alimlər qoyunların klonlaşdırılması texnologiyasından istifadə edərək, iki meymunu klonlaşdırıblar.

Çinin Elmlər Akademiyasının rəyasət heyətinin üzvü olan San Qyanq bu xüsusda verdiyi açıqlamda deyib: 2016-cı ildə bizim, istifadəyə tam hazır vəziyyətdə olan 127 yumurtalıq hüceyrəsi, 109 bərpa edilmiş embrion və 80-ə yaxın yaxşı vəziyyətdə olan embrionumuz olub. Onların arasında 2 ürəyi olmayan embrionumuz var idi. Buna görə də, bu iki embrion uğursuz alındı. 2 embrionun da sadəcə bir kisəsi var idi. Amma, ötən iki ayda ürəyə malik olan bir embriona yiyələndik. Bu embrionlar körpələrə yiyələnə bilməyimiz üçün ümid xəzinəsi sayılırdı və xoşbəxtlikdən onlar 2017-ci ilin sonlarında doğuldular.

Tədqiqatçıların dediklərinə görə, meymunların klonlaşdırılmasında məqsəd gələcəkdə bu metoddan insanların müalicə edilməsində istifadənin edilməsidir.