Fev 25, 2018 11:16 Asia/Baku
  • İranın Atom Enerjisi Təşkilatında yeni bir radioizotop istehsal edilib
    İranın Atom Enerjisi Təşkilatında yeni bir radioizotop istehsal edilib

İranlı mütəxəssislər yeni bir radioizotop istehsal etməyə nail olubalr.

İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin verdiyi məlumata görə, "Y-90 Resin Microsferes" adlanan izotop qaraciyər xərçənginə qarşı radioterapiya zamanı istifadə edilir. 

Hal hazırda dünyada bu radiodərmanın yeganə istehsalçısı Avstraliyanın Sirtex şirkətidir. Bu məhsul "Sirsphere" adı ilə dünya bazarında satışa çıxarılır. 

İranlı mütəxəssislər tərəfindən istehsal edilən bu radiodərman son zamanlar FDA lisenziyasını almağa nail olub. Bu dərman preparatının hər bir dozunun dünya bazarlarındakı qiyməti 5000-8000 min avrodur. 

İranın "Pars İzotop" dərman şirkəti təqribən 3 il bundan öncə bu dərmanın istehsalı ilə bağlı araşdırmalara başlamışdı. Bu dərman laboratoriya şəraitində uğurla sınaqdan keçirilib. 

Teqlər