Mart 03, 2018 19:15 Asia/Baku
  • İlk Beynəlxalq Generatorlar və Turbinlər Sərgisi Tehranda işə başlayıb
    İlk Beynəlxalq Generatorlar və Turbinlər Sərgisi Tehranda işə başlayıb

50 yerli və 10 xarici şirkətin iştirak etdiyi ilk Beynəlxalq Generatorlar və Turbinlər Sərgisi martın ikisində Tehranda işə başlayıb. Bu sərgidə iştirak edən şirkətlər öz potensiallarını nümayiş etdirməklə məşğuldur.

İlk dəfə olaraq müxtəlif növ turbinlər, generatorlar və fırlanan dəzgahları bir sərgidə müşahidə etmək imkanı yaradılıb.

Sərgi iştirakçılarından biri deyir: “Bizim icra etdiyimiz layihələrdən biri Loşan elektrik stansiyasıdır. Biz bu stansiyanın buxar turbinini tam şəkildə bərpa edərək, istehsal gücünü 40 meqavatdan, 120 meqavata qədər artırmağı bacarmışıq.”

Bu məcmuə isə sanksiyalar dövründə Şazənd elektrik stansiyasının tubro-generatorunu əsaslı şəkildə təmir edib.

Şirkət təmsilçisi deyir: “Hətta, sanksiyalardan sonrakı dövrdə istehsalçı şirkət bizim bu generatoru bu şəkildə təmir edə bilməyimizə inanmadı. Və maraqlıdır, bu iş üçün istehsalçı şirkət bizə on qat daha yüksək qiymət təklif etmişdi.”

Bir zamanlar xaricdən idxal edilən məhsllar, indi daxildə istehsal edilir və xarici ölkələrə də ixrac edilir.   

Yerli şirkət nümayəndələrindən biri deyir: “Hazırda İraqda, Suriyada fəaliyyət göstəririk. Daha önə Türkmənistan ilə birgə işlərimiz olub. Və bu sahədə lazımi xidmətləri göstərməyə hazırıq.”

Dünya standartlarına cavab verən bu məhsullar xarici ölkələrə də ixrac edilir.

Şirkət nümayəndəsi deyir: “Anti-şok elektron mühərriklərimiz var. Daha öncə nə İranda, nə də regionda belə mühərriklər istehsal olunmurdu. Hazırda yerli tələb və təklif arasında balans yaratmağa çalışırıq. Eyni zamanda ixracat barədə də düşünürük."

Şirkət təmsilçisi həmçinin deyir: “Məhsullarımız Avropa standartlarına tam uyğundur və rəqabət potensialına malikdir. Əfqanıstan və İraqdan olan müştərilərimiz məhsullarımızdan tam razıdırlar.”

50 yerli və 10 xarici şirkətin iştirakı ilə Tehranda, Beynəlxalq Sərgi Məkanında keçirilən bu sərgi martın beşinə kimi davam edəcək.

 

Teqlər