Mart 09, 2018 10:33 Asia/Baku
  • Mənsur Ayrım - İranın Naxçıvandakı baş konsulu
    Mənsur Ayrım - İranın Naxçıvandakı baş konsulu

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu deyib: İran və Naxçıvan müxtəlif sahələr o cümlədən birgə sərmayə qoyuluşunda yaxşı əməkdaşlıqlara malikdirlər.

İRİB-nin verdiyi məlumata görə, Mənsur Ayrım cümə axşamı Naxçıvanda İranın 3-cü Novruz satış sərgisinin açılış mərasimində deyib: Bu sərginin keçirilməsi iki tərəf arasında iqtisadi əməkdaşlıqların genişləndirilməsindən xəbər verir. 

Bu mərasimdə iştirak edən Qərbi Azərbaycan vilayətinin valisi Əlirza Radfər də İran və Azərbaycan Respublikası arasında dərin bağların olduğuna işarə edərək, ötən illər ərzində bu əlaqələrin inkişaf etdirilməsində Naxçıvanın aktiv rola malik olduğunu deyib. 

Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov da bu mərasimdə İran - Azərbaycan əlaqələrinin ötən illərdə çox yaxşı inkişafa malik olduğunu xatırladıb və deyib: Bu əlaqələr iqtisadi əlaqələrin inkişafına çox yaxşı təkan verir. 

Naxçıvanda təşkil edilmiş 3-cü Novruz Yarmarkasında İranın müxtəlif vilayətlərindən gəlmiş 17 şirkət 570 tondan çox müxtəlif növ məhsullarını satışa çıxardıblar. Bu məhsullar əsasən ərzaq məhsulları, yuyucu maddələr, meyvə, süd məhsulları və əl işləri sənayesi dir. Yarmarka 4 gün davam edəcək. 

1924-cü ildə Muxtar Respublika elan edlən Naxçıvan Azərbaycan Respublikasının tərkib hissəsidir. 

Teqlər