İranlı taekvandoçular olimpiya yarışlarında iştirak üçün daha 3 vəsiqə əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i301046-İranlı_taekvandoçular_olimpiya_yarışlarında_iştirak_üçün_daha_3_vəsiqə_əldə_ediblər
Tunisdə keçirilən seçmə oyunlarında İranlı takevandoçular Olimpiyada iştiraka 3 vəsiqə əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2018 10:23 Asia/Baku
  • İranlı taekvandoçular olimpiya yarışlarında iştirak üçün daha 3 vəsiqə əldə ediblər
    İranlı taekvandoçular olimpiya yarışlarında iştirak üçün daha 3 vəsiqə əldə ediblər

Tunisdə keçirilən seçmə oyunlarında İranlı takevandoçular Olimpiyada iştiraka 3 vəsiqə əldə ediblər.

İRİB-nin verdiyi məlumata görə, gənclərarası olimpiya yarışlarında iştiraka seçmə oyunları 438 taekvandoçunun iştirakı ilə Tunisin Əl-Həmamat şəhərində start götürüb. Bu yarışlarda hər ölkə maksimum 3 qız və 3 oğlan iştirakçıya malik ola bilər.

Yarışların birinci günündə oğlanlar 48 və 73 kiloqram çəki dərəcələrində, qızlar isə 49 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Bu yarışlarda İranın 3 təmsilçisi olimpiya yarışlarında iştiraka vəsiqə əldə edib.

Bu gün də  yarışların sonuncu günündə oğlanlar 55 və 63, qızlar isə 44, 55 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.

Üçüncü gənclərarası olimpiya yarışları cari ilin oktyabrında Argentinada, Buenes Ayres şəhərində keçiriləcək.