Bakıda İranın gənclər və idman naziri qırğız həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i303002-bakıda_İranın_gənclər_və_idman_naziri_qırğız_həmkarı_ilə_görüşüb
İran İslam Respublikasının gənclər və idman naziri Bakıda keçirilən İslami Əməkdaşlıq Təşkilatının 4-cü nazirlər iclasının kənarında Qırğızıstanın Gənclər və İdman Təşkilatının sədri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2018 12:17 Asia/Baku
  • Bakıda İranın gənclər və idman naziri qırğız həmkarı ilə görüşüb
    Bakıda İranın gənclər və idman naziri qırğız həmkarı ilə görüşüb

İran İslam Respublikasının gənclər və idman naziri Bakıda keçirilən İslami Əməkdaşlıq Təşkilatının 4-cü nazirlər iclasının kənarında Qırğızıstanın Gənclər və İdman Təşkilatının sədri ilə görüşüb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Sultanifər qırğızıstanlı həmkarı Kanat Amankulov ilə görüşündə deyib: İran 75 min nəfərlik iri stadionların inşası və  6 min nəfərlik üstü örtülü idman zalları layihəsinin icrasında yaxşı təcrübələrə malikdir və Qırğızıstan bu təcrübələrdən isfifadə edə bilər. 

Sultanifər deyib: İran İslam Respublikası prezidenti Ruhaninin siyasətinə görə, ölkənin bütün potensialları dost və qonşu ölkələrin ixtiyarına verilə bilər. 

Görüşdə Qırğızıstanın Gənclər və İdman Təşkilatının sədri də bu görüşdə deyib: İran və Qırğızıstan arasında idman əlaqələri xüsusiylə güləş sahəsində çox səmimidir. 

Kanat Amankulov deyib: Biz İranla təcrübə mübadiləsinə hazırıq , eləcə də İranın idman infransturukturların yaradılması istiqamətindəki qabiliyyətlərindən faydalanmaqda maraqlıyıq.