İtaliyanın Ciffoni festivalında dörd İran filmi iştirak edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318020-İtaliyanın_ciffoni_festivalında_dörd_İran_filmi_iştirak_edir
Dörd İran filmi İtaliyanın Ciffoni şəhərində keçirilən uşaq və yeniyetmələrin qırx səkkizinci beynəlxalq film festivalında iştirak edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 06:45 Asia/Baku
  • İtaliyanın Ciffoni festivalında dörd İran filmi iştirak edir
    İtaliyanın Ciffoni festivalında dörd İran filmi iştirak edir

Dörd İran filmi İtaliyanın Ciffoni şəhərində keçirilən uşaq və yeniyetmələrin qırx səkkizinci beynəlxalq film festivalında iştirak edir.

İtaliyanın Ciffoni şəhərində keçirilən uşaq və yeniyetmələrin qırx səkkizinci beynəlxalq film festivalı dünən gecə İrandan olan qısametrajlı "Cənab maral" animasiya filmi, həmçinin "Ay dedi: Kömək edin!", "Şokolad" və "Sonuncu sinif" adlı qısametrajlı filmlərin iştirakı ilə başlayıb.

İtaliyanın Ciffoni şəhərində keçirilən uşaq və yeniyetmələrin beynəlxalq film festivalı iyulun 28-dək keçirilir. Dünyanın beş qitəsindən yüz film bu festivalın "su" mövzusu ilə keçirilən rəqabət bölməsində iştirak edir.

1971-ci ildən fəaliyyətə başlayan Ciffoni festivalı dünyada uşaq və yeniyetmələrin ən böyük və ən mötəbər film festivalıdır.