İran Asiya çempionu oldu
İyul 22, 2018 19:40 Asia/Baku
Hindistanda keçirilən sərbəst güləş üzrə gənclərin Asiya Çempionatı İran yığma komandasının çempionluğu ilə sona çatıb.
İranın gənclərdən ibarət yığma komandası 5 qızıl, 4 bürünc medalla Asiya Çempionatının qalibi olub.
Bundan öncə İranın yunan-roma güləşi üzrə gənclərdən ibarət yığma komandası 6 qızıl, 3 gümüş və bir bürünc medal və 225 xalla Asiya birincisi olmuşdu.
Sərbəst güləş üzrə gənclərin Asiya Çempionatı 21 və 22 iyulda Hindistan paytaxtı Yeni Dehlidə keçirilib.