İranlı məktəblilər beynəlxalq olimpiadalarda 9 medal qazanıblar
İyul 30, 2018 11:46 Asia/Baku
İran İslam Respublikasının məktəbliləri fizika və kimya üzrə beynəlxalq olimpiadalarda müvafiq olaraq, beş və dörd medal qazanmağa müvəffəq olublar.
İran İslam Respublikasının fizika üzrə olimpiada komandasının məktəbli üzvləri Portuqaliyada keçirilən 49-cu olimpiadada üç gümüş və iki bürünc medal əldə edə biliblər.
Bu yarışlar iyulun 21-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində keçirilib.
Həmçinin İran İslam Respublikasının kimya üzrə olimpiada komandasının məktəbli üzvləri 78 ölkədən 300 məktəblinin iştirakı ilə keçrilən əllinci olimpiada yarışlarında dörd gümüş medal qazana biliblər.
Bu yarışlar da iyulun 19-dan 29-dək müştərək şəkildə Çexiya və Slovakiyada keçirilibdir.