Avq 21, 2018 08:50 Asia/Baku
  • İranın idman karvanı Asiya Oyunlarında üçüncü qızıl medalı qazandı
    İranın idman karvanı Asiya Oyunlarında üçüncü qızıl medalı qazandı

İranın idman karvanı İndoneziya 2018 Asiya Oyunlarında sərbəst güləş üzrə idmanda üçüncü qızıl medalı, ümumilikdə 8-ci medalı qazanıb.

İranın sərbəst güləş üzrə 125 kq çəki dərəcəsindəki təmsilçisi Pərviz Hadi bazar ertəsi günü finalda Çin təmsilçisi ilə qarşılaşıb və qızıl medal qazanıb. 

Pərviz Hadi 2014-cü ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında da qızıl medala layiq görülmüşdü. 

İranın idman karvanı İndoneziya 2018 Asiya Oyunlarında indiyədək 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Medallar sərbəst güləş, taekovando və qılıncoynatma idman növlərindən gəlib. İran hazırda yarışların cədvəlində 6-cı sırada qərarlaşıb. 

İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlara qatılıb. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir. 

Teqlər