İran gənclərin sərbəst güləş üzrə dünya çempionatında 3-cü olub
Slovakiyada keçirilən gənclərin sərbəst güləş üzrə dünya çempionatında İranın 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçisi qızıl medal alıb.
Dünən bu çempionatda ikinci beş çəki dərəcəsində keçirilən yarışların davamında 92 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı güləşçi Abbas Forutən finalda qazaxıstanlı Alişer Yerqanini 11-0 hesabı ilə məğlub edərək, dünya çempionu olubdur.
Əbulfəzl Haşemi də 86 kiloqram çəki dərəcəsində gürcü güləşçi Demor Meqnişvilini 6-5 hesabı ilə qarşısından götürərək, bürünc medal əldə edibdir.
Yarışların ilk günündə isə iranlı sərbəst güləşçi Məqsudi 65 kiloqram çəki dərəcəsində ikinci olubdur.
Beləliklə İranın sərbəst güləş üzrə yığma komandasının bu yarışlarda üçüncü olması qətiləşibdir. 1-ci və 2-ci yerləri müvafiq olaraq, Rusiya və ABŞ seçmələri tutublar.