Yunan-roma güləşi üzrə dünya çempionatında İran 2 qızıl əldə edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345679-yunan_roma_güləşi_üzrə_dünya_çempionatında_İran_2_qızıl_əldə_edib
İranın yeniyetmələrdən ibarət yunan-roma güləş komandasının 48 və 110 kiloqram çəki dərəcələrindəki nümayəndələri dünya çempionu adını qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2019 02:18 Asia/Baku
  • Yunan-roma güləşi üzrə dünya çempionatında İran 2 qızıl əldə edib
    Yunan-roma güləşi üzrə dünya çempionatında İran 2 qızıl əldə edib

İranın yeniyetmələrdən ibarət yunan-roma güləş komandasının 48 və 110 kiloqram çəki dərəcələrindəki nümayəndələri dünya çempionu adını qazanıblar.

Əmirreza Dehbozorki 48 kiloqram çəki dərəcəsində, Şahrox Mikaeli isə 110 kiloqram çəki dərəcəsində yarışaraq, dünən gecə Bolqarıstanın Sofiya şəhərində keçirilən yunan-roma güləşi üzrə dünya çempionatının ilk beş çəki dərəcərində qızıl medal qazanmağa müvəffəq olublar.

İlk beş çəki dərəcərində keçirilən yarışların sonunda İran yığması 70 xal toplayaraq, yarış cədvəlinin birinci pilləsində durur.

Ermənistan, Azərbaycan Respublikası, Qazaxıstan və Hindistan ikincidən beşinciyədək olan yerlərdə dururlar.

İkinci beş çəki dərəcəsi üzrə yarışlar bu gün başlanacaq.